Xanlar Vəliyevin qızı yüksək vəzifəyə təyin edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanlar Vəliyevin qızı yüksək vəzifəyə təyin edildi

11:22 - Bu gün
Xanlar Vəliyevin qızı yüksək vəzifəyə təyin edildi

"Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinə yeni müavin təyin edilib.

1news.az Manset.az-a istinadən verdiyi məlumata görə, imzalanan müvafiq əmrlə Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı”nın idarə heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qızıdır.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər