Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib - VİDEO

17:49 - Bu gün
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Paylaş:
18

Son xəbərlər

Bütün xəbərlər