İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib - FOTO

12:31 - Bu gün
İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

1news.az xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər