Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

11:02 - 15 / 05 / 2026
Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Bu ilin I rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin I rübünün yekunu ilə müqayisədə 7,3 %, fevralın sonuna nisbətən isə 0,3 % çox olub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.

Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,1 %, təkrar mənzil bazarında isə 8,1 % artıb. Ümumi qiymət artımı da 8,1 % təşkil edib.

Paylaş:
242

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər