Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK - RƏSMİ

10:32 - 15 / 05 / 2026
Bu şəxslər avtobus və metroya PULSUZ MİNƏCƏK - RƏSMİ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçıları üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.

1news.az bildirir ki, məlumata görə, akkreditasiyadan keçmiş iştirakçılar və qeydiyyat təsdiqi məktubu olan şəxslər Bakı Metropoliteni, şəhər avtobusları, həmçinin "Koroğlu" Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu arasında fəaliyyət göstərən xüsusi K1 servis avtobuslarından ödəniş etmədən istifadə edə biləcəklər.

Qeyd edək ki, WUF13 forumu 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək.

Paylaş:
279

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər