Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

10:05 - Bu gün
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər