“Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb
Keçən il “Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.
Məlumatda bildirilir ki, 2025-ci ildə “Qadın dəstək xətti”nə ümumilikdə 924 müraciət daxil olub. Bu müraciətlərdən 382-i (41,3%) psixoloji, 351-i (38%) fiziki, 59-u (6,4%) cinsi zorakılıq halları, 132-i (14,3%) isə etinasızlıqla bağlı olub.
60












