Balıq tutarkən cərəyan vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Balıq tutarkən cərəyan vurub öldürdü

14:54 - 21 / 05 / 2026
Balıq tutarkən cərəyan vurub öldürdü

Tovuzda bədbəxt hadisə baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağdam rayon sakini 1980-ci il təvəllüdlü Zaur Əliyevi elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə mərhum çaydan balıq tutmaq istəyərkən baş verib. Nəticədə, Z.Əliyev hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər