Sabah Suraxanının bəzi küçələrində qaz olmayacaq
Sabah Bakının Suraxanı rayonunun bəzi küçələrində təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.
Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Mərkəzi və S.Əliyev küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
94












