AAYDA Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol çəkir | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol çəkir

Qafar Ağayev14:08 - Bu gün
AAYDA Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol çəkir
Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb. Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək. Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
Paylaş:
48

Son xəbərlər

Bütün xəbərlər