Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib
Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.
59












