Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb

17:11 - Bu gün
Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən hotellərin birində naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər