Lerikdə 5 ton narkotik bitki məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə 5 ton narkotik bitki məhv edilib

First News Media11:41 - Bu gün
Lerikdə 5 ton narkotik bitki məhv edilib

Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib.

1news.az DİN-ə istinadən xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər