Nəriman Həsənzadənin qızı atasının səhhətindən danışdı
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.
Şairin qızı Xatirə xanımın 1news.az-a verdiyi məlumata görə, hazırda Nəriman Həsənzadə reanimasiya şöbəsində müalicə alır.
“Vəziyyəti ağır stabil olaraq qalır”, – deyə o bildirib.
Qeyd edək ki, Xalq şairi xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.
58












