Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib

Qafar Ağayev09:33 - Bu gün
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 4 118 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.

O bildirib ki, son məlumatlara əsasən, ölənlərin sayı daha 229 nəfər artaraq 4 118-ə yüksəlib. Yaralıların sayı isə 16 740 nəfər təşkil edir.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər