İndoneziyada 5,1 bal gücündə zəlzələ baş verdi
İndoneziyanın Mərkəzi Sulavesi əyalətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin məlumatına görə, zəlzələ nəticəsində yaşayış evləri və ictimai binalara ziyan dəyib. Bölgə sakinlərinə təhlükəsizlik məqsədilə təxliyə xəbərdarlığı verilib.
Təxliyə işləri zamanı xəstəxanada müalicə olunan bir nəfərin həyatını itirdiyi bildirilib.
80












