Leysan, sel, dolu - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan, sel, dolu - XƏBƏRDARLIQ

1news Redaksiyası16:05 - 15 / 07 / 2026
Leysan, sel, dolu - XƏBƏRDARLIQ

İyulun 16-dan 22-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş:
343

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər