DİN: Ölkə ərazisində 43 cinayət açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ölkə ərazisində 43 cinayət açılıb

Qafar Ağayev10:33 - Bu gün
DİN: Ölkə ərazisində 43 cinayət açılıb

Avqustun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 94 nəfər borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər isə saxlanılıb.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər