Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

17:39 - Bu gün
Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Sabunçu rayonunda məişət əşyaları və moped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

1news.az xəbər verir ki, rayon ərazisində yerləşən evlərdən birindən 10 min manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Əliyev və 34 yaşlı V.Bayramov saxlanılıblar.

Araşdırmalar zamanı onların oğurladıqları məişət əşyalarını satdıqları müəyyən edilib.

Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 2 min manat dəyərində mopedin oğurlanması ilə bağlı araşdırma aparılıb.

Əməli törətməkdə şübhəli bilinən N.Mursaquliyev, R.Bayramlı və E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları mopedlə yol-nəqliyyat hadisəsi törətdikləri də müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər