M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Qafar Ağayev14:25 - 24 / 08 / 2026
M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda yenilik tətbiq edilir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Sərnişinlərin avtobuslara minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə nəqliyyat vasitələrinə ikinci oxuma cihazının (validatorun) quraşdırılmasına başlanılıb.

Bununla sərnişinlər eyni anda avtobusun ön və orta qapılarından salona daxil ola biləcəklər.

Yeni tətbiqin avtobusların dayanacaqlarda gözləmə müddətinin azaldılmasına və sərnişinlərin daha sürətli daşınmasına imkan verəcəyi bildirilir.

Paylaş:
173

Son xəbərlər

Sabahın havası AÇIQLANDI

12 / 09 / 2026, 12:28
Bütün xəbərlər