11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır

Qafar Ağayev13:14 - 30 / 09 / 2026
11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır
Cəlilabad rayonunun Uzuntəpə kəndində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı araşdırma aparılır.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.

Qeyd olunub ki, sentyabrın 29-da Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıblar.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər