Rusiya Ukraynanın iki şəhərinə raket zərbələri endirib: xəsarət alanlar var | 1news.az | Xəbərlər
Dünya

Rusiya Ukraynanın iki şəhərinə raket zərbələri endirib: xəsarət alanlar var

Qafar Ağayev10:01 - Bu gün
Rusiya Ukraynanın iki şəhərinə raket zərbələri endirib: xəsarət alanlar var

Rusiya oktyabrın 17-nə keçən gecə Ukraynanın Zaporojye və Krivoy Roq şəhərlərini ballistik və qanadlı raketlərlə atəşə tutub. Hücumlar nəticəsində dağıntılar qeydə alınıb, xəsarət alanlar var.

1news.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Zaporojye və Dnepropetrovsk vilayətlərinin hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Zaporojyedə hücum nəticəsində biri uşaq olmaqla beş nəfər xəsarət alıb. Onlardan 22 yaşlı qadın gözündən yaralanaraq xəstəxanaya yerləşdirilib, 54 yaşlı kişiyə isə hadisə yerində tibbi yardım göstərilib. Həkimlər hər iki şəxsin vəziyyətini yüngül qiymətləndiriblər.

Vilayət hərbi administrasiyasının məlumatına görə, raket yaşayış məhəllələrinin ortasındakı açıq əraziyə düşüb. Partlayış nəticəsində üç yaşayış binasına ziyan dəyib, avtomobillər yanıb.

Krivoy Roq şəhəri də kombinə edilmiş hücuma məruz qalıb. Rusiya qüvvələri şəhərdəki sənaye müəssisələrindən birinə zərbə endirib. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.

Bundan əlavə, Rusiyanın zərbələri nəticəsində Vinnitsa şəhəri tamamilə elektrik enerjisiz qalıb. Şəhərin meri Sergey Morqunov bildirib ki, kritik infrastruktur obyektləri ehtiyat enerji təchizatına keçirilib, trolleybus və tramvayların əvəzinə marşrutlara əlavə avtobuslar və marşrut taksiləri buraxılıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər