Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

1news Redaksiyası10:07 - Bu gün
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

4 noyabr saat 15:00-dan etibarən 2–7-ci siniflər, 5 noyabr saat 15:00-dan etibarən isə 8–11-ci siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi aktivləşdiriləcək.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Elektron yerdəyişmə prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər