Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

1news Redaksiyası14:36 - Bu gün
Külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsi cəhdinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən 1news.az-a bildirilib ki, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.

Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan külli miqdarda narkotik vasitə – marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər