Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb

Bakı metropoliteninin "Həzi Aslanov" – "İçərişəhər" xətti üzrə qatarların hərəkətində gecikmə qeydə alınıb.
1news.az xəbər verir ki, "İçərişəhər" istiqamətində hərəkət edən qatar "Nəriman Nərimanov" və "Gənclik" stansiyaları arasındakı mənzildə tuneldə qalıb.
Gecikmənin səbəbi hələlik məlum deyil.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlamışıq.
Əlavə məlumat daxil olduqca xəbər yenilənəcək.
103












