Bakıda hüquqi yardım vədi ilə dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hüquqi yardım vədi ilə dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

1news Redaksiyası14:38 - Bu gün
Bakıda hüquqi yardım vədi ilə dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər