Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

1news Redaksiyası11:01 - Bu gün
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

1news.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.

Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Hazırda faktla bağlı araşdırma davam edir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər