Azərbaycanın hərbi nümayəndə heyəti ABŞ-yə səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın hərbi nümayəndə heyəti ABŞ-yə səfər edib

1news Redaksiyası09:58 - Bu gün
Azərbaycanın hərbi nümayəndə heyəti ABŞ-yə səfər edib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru, general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də səfərdə olub.

1news.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində (NDU) və Yaxın Şərq – Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində (NESA) bir sıra görüşlər keçirib.

Görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar hərbi təhsilin müasir çağırışlara uyğunlaşdırılması, strateji liderlik və müdafiə sahəsində insan kapitalının inkişafı məsələləri müzakirə olunub.

General-mayor Gündüz Əbdülov MMU-da həyata keçirilən islahatlar, o cümlədən səriştəəsaslı təhsil modelinin tətbiqi, müasir zabit hazırlığı sisteminin təkmilləşdirilməsi, xidmətboyu təhsil konsepsiyası və hərbi təhsilin beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tərəflər, həmçinin birgə akademik təşəbbüsləri, professor-müəllim heyətinin peşəkar inkişafı və mübadiləsi imkanlarını nəzərdən keçiriblər. Bununla yanaşı, akademik kursların kurikulumlarının təhlili və peşəkar çavuş sisteminin inkişafı məsələləri diqqət mərkəzində olub.

Görüşlərdə süni intellekt vasitəsilə hərb oyunlarının hazırlanması və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanları da geniş müzakirə edilib.

Səfərin yekununda nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, bu cür görüşlər peşəkar hərbi təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər