Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

1news Redaksiyası10:48 - Bu gün
Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

"Azərbaycan Dəmir Yolları" QSC Zəfər Günü və Dövlət Bayrağı Günündə sərnişin tələbatını qarşılamaq üçün 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

1news.az bu barədə ADY-yə istinadən xəbər verir.

Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür..

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər