Ceyranbatan su anbarından meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranbatan su anbarından meyit tapıldı

1news Redaksiyası10:56 - Bu gün
Ceyranbatan su anbarından meyit tapıldı

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb.

1news.az “Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.

Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

M.Ramazanovun hansı səbəbdən su anbarına düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər