“WhatsApp”da saxta kampaniyalar barədə məlumat yayılır | 1news.az | Xəbərlər
Cəmiyyət

“WhatsApp”da saxta kampaniyalar barədə məlumat yayılır

1news Redaksiyası14:26 - Bu gün
“WhatsApp”da saxta kampaniyalar barədə məlumat yayılır

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.

MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər