Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlanıb - YENİLƏNİB

1news Redaksiyası10:58 - Bu gün
Polad Həşimovun anasının səhhəti ilə bağlı son vəziyyət açıqlanıb - YENİLƏNİB

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. 

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzin 2 nömrəli Şəhər Xəstəxanasına hospitalizasiya olunub. 

Arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları təyin edilən şəxsdə aparılan müayinələr zamanı pnevmoniya əlamətləri də aşkarlanıb.

Pasiyentin müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, S. Həşimovanın 77 yaşı var.

 

 

 

09:11

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

1news.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

“Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var”.

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər