Mingəçevirdə yük avtomobili bataqlıqda batdı, iki nəfər xilas edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə yük avtomobili bataqlıqda batdı, iki nəfər xilas edildi

1news Redaksiyası10:36 - Bu gün
Mingəçevirdə yük avtomobili bataqlıqda batdı, iki nəfər xilas edildi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxslərin yeri müəyyən edilib, çətin keçilən ərazidə qalmış iki nəfər vətəndaş təhlükəsiz yerə təxliyə edilib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər