Kamran Əsədovun 3 il həbsi tələb edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

1news Redaksiyası17:34 - Bu gün
Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb.

1news.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib.

Prokuror yekun nitqində müttəhimlərin ikisinin də verilmiş ittihamlarla təqsirli bilinməsini, Kamran Əsədovun 3 il, Gündüz Abbasovun 3 il 6 ay azadlıqdan məhrum olunmasını tələb edib.

Hakim vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər