Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

1news Redaksiyası13:59 - Bu gün
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Qurumdan 1news.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər