Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşadakı görüşü haqqında videosüjet hazırlayıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Türkiyə Respublikasının Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb. Sonra liderlərin təkbətək görüşü keçirilib, ardınca Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezidentin Mətbuat Xidməti dövlət başçılarının görüşü haqqında videomaterial hazırlayıb.
1news.az həmin kadrları təqdim edir:
93












