Ağcabədidə yol qəzası: Piyada xəsarət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə yol qəzası: Piyada xəsarət aldı

1news Redaksiyası11:58 - Bu gün
Ağcabədidə yol qəzası: Piyada xəsarət aldı

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən 1988-ci il təvəllüdlü, Hindarx qəsəbə sakini Elmin Rüstəmovu vurub.

Xəsarət alan piyada Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər