Cəlilabadda fərdi yaşayış evində yanğın: 16 kvadratmetr sahə yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda fərdi yaşayış evində yanğın: 16 kvadratmetr sahə yanıb

1news Redaksiyası17:48 - Bu gün
Cəlilabadda fərdi yaşayış evində yanğın: 16 kvadratmetr sahə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Famil Rzayevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan evin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürərək onun digər tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər