Qubada avtomobil aşıb, ölən və yaralılar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada avtomobil aşıb, ölən və yaralılar var

1news Redaksiyası09:10 - Bu gün
Qubada avtomobil aşıb, ölən və yaralılar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az report-a istinadən  xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
72

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər