Uşağı tərbiyə etmək üçün döyənlərin NƏZƏRİNƏ - 200 manat cərimə oluna bilərsiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşağı tərbiyə etmək üçün döyənlərin NƏZƏRİNƏ - 200 manat cərimə oluna bilərsiniz

1news Redaksiyası09:32 - Bu gün
Uşağı tərbiyə etmək üçün döyənlərin NƏZƏRİNƏ - 200 manat cərimə oluna bilərsiniz

Uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə fiziki və psixoloji zorakılığa yol verən valideynlər və digər məsul şəxslər 200 manat cərimələnə bilər.

1news.az Trend-ə istinadən məlumata görə, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Belə ki, uşağa qarşı cismani cəzanın tətbiqinə görə valideynlər, onları əvəz edən şəxslər, eləcə də uşaqlara nəzarət etmək vəzifəsi daşıyan müəssisələrin işçiləri inzibati məsuliyyətə cəlb edilə bilərlər.

Bu qayda təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və istirahət müəssisələrinin, həmçinin penitensiar müəssisələrin əməkdaşlarına da aiddir.

İnzibati Xətalar Məcəlləsinin 525-1-ci maddəsinə əsasən, uşağı tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi ona fiziki və ya psixoloji zorakılıq göstərilməsinə görə 200 manat cərimə nəzərdə tutulur.

Əgər törədilən əməl cinayət məsuliyyətinə səbəb olarsa, bu inzibati cəza tətbiq edilmir və məsələyə cinayət qanunvericiliyinə uyğun baxılır.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər