ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb

1news Redaksiyası10:01 - Bu gün
ABŞ-də üzərində bomba olduğunu deyən təyyarə sərnişini saxlanılıb

ABŞ-də Nyuarkdan (Nyu-Cersi ştatı) Nyu-Orleana (Luiziana ştatı) uçan "United Airlines" aviaşirkətinin reysinin sərnişini, üzərində partlayıcı qurğu olduğunu bildirdikdən sonra saxlanılıb.

1news.az-ın "New Jersey 101.5" radiostansiyasına istinadən verdiyi məlumata görə, hadisə 2174 nömrəli reysin göyərtəsində baş verib.

Radiostansiyanın məlumatına görə, uçuş zamanı 34 yaşlı sərnişin özünü qeyri-adekvat aparmağa başlayıb və üzərində bomba olduğunu bildirib.

Təyyarənin göyərtəsində 46 sərnişin və altı ekipaj üzvü olub.

Baş verənlərə baxmayaraq, hava gəmisi Nyu-Orleandakı Lui Armstronq adına Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş edib. Enişdən sonra şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Kişiyə partlayıcı qurğu barədə bilə-bilə yalan məlumat yaymaq və hədə-qorxu gəlmək ittihamları irəli sürülüb.

Təyyarənin göyərtəsində partlayıcı maddənin tapılması barədə məlumat daxil olmayıb.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər