ICESCO-nun Baş direktoru COP 31-də Azərbaycan pavilyonunu ziyarət edib

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki COP 31-də Azərbaycan pavilyonunu ziyarət edib.
1news.az xəbər verir ki, ziyarət zamanı Qarabağ Dirçəliş Fondunun nümayəndə heyəti tərəfindən qonağa mina probleminə həsr olunan “Ölümcül miras” sənədli filmi barədə məlumat verilib.
Bildirilib ki, Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən film bütün dünyada ciddi təhdidə çevrilən mina probleminin yaratdığı fəsadları əks etdirir. Qeyd olunub ki, minalar insan həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesinə də ciddi maneə törədir.


74












