Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

1news Redaksiyası13:03 - Bu gün
Astarada mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə "Report"un Cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 2026-cı il noyabrın 11-i saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər