Deputatdan mənzil təminatı ilə bağlı təklif – Şəhid ailələri və müharibə əlillərinə pul kompensasiyası verilsin | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan mənzil təminatı ilə bağlı təklif – Şəhid ailələri və müharibə əlillərinə pul kompensasiyası verilsin

1news Redaksiyası13:08 - Bu gün
Deputatdan mənzil təminatı ilə bağlı təklif – Şəhid ailələri və müharibə əlillərinə pul kompensasiyası verilsin

Deputat şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev bildirib ki, bu halda vətəndaşlar öz istəklərinə uyğun ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər: “Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın bir yerdən almaq istəyirlər, yaxud kəndə gedib torpaq alıb ev tikmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir”.

Deputat bu kateqoriyadan olan şəxslərin mənzil təminatı ilə bağlı bir sıra suallar qaldırıb, hazırda neçə şəhid ailəsinin və müharibə əlilinin mənzil növbəsində olduğunu, son altı ildə onlardan neçəsinin mənzillə təmin edildiyini, 2027-ci ildə bu məqsədlə ayrılan vəsait hesabına neçə mənzilin tikiləcəyini, nə qədər insanın mənzil ala biləcəyini və növbədə qalanların sayının açıqlanmasını istəyib.

Qüdrət Həsənquliyev 20 Yanvar hadisələri ilə əlaqədar zərər çəkmiş ailələr arasında bu günədək mənzillə təmin olunmayan şəxslərin də olduğunu bildirib və həmin şəxslərin nə vaxt mənzillə təmin ediləcəyinə aydınlıq gətirilməsini xahiş edib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər