Kuşner və Uitkoff sabah Moskvaya səfər edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

Kuşner və Uitkoff sabah Moskvaya səfər edəcəklər

1news Redaksiyası15:59 - Bu gün
Kuşner və Uitkoff sabah Moskvaya səfər edəcəklər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 12-də xüsusi nümayəndə Stiv Uitkoffla birlikdə Moskvaya səfər etməyi planlaşdırır.

1news.az Rusiya mediasına istinadən xəbər verir ki, Kuşner bu barədə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli görüşdən sonra açıqlama verib.

O bildirib ki, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırırlar.

Kuşner danışıqlarda ərazi məsələsinin ən mürəkkəb mövzu olaraq qaldığını vurğulayıb. Bununla belə, müəyyən irəliləyişin əldə olunduğunu qeyd edərək, Əbu-Dabidə keçirilən görüşü "ilk yaxşı addım" adlandırıb.

Onun sözlərinə görə, Moskvaya səfərdən sonra ABŞ nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə yollanmağı planlaşdırırlar.

Kuşner həmçinin Ukrayna münaqişəsinin tərəfləri arasında etimadın olmadığını bildirib. O hesab edir ki, münaqişənin başa çatdırılması üçün zəruri imkanlar artıq mövcuddur, əsas məsələ onlardan düzgün istifadə etməkdir.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər