Avtobusda soyğuçuluq edən şəxs saxlanıldı

Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.
Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq əməlini törədən əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
53











