Adil Əliyev: Bəzi səlahiyyətli şəxslər karantin qaydalarını bilərəkdən pozur | 1news.az | Xəbərlər
Cəmiyyət

Adil Əliyev: Bəzi səlahiyyətli şəxslər karantin qaydalarını bilərəkdən pozur

19:00 - 22 / 08 / 2020
Adil Əliyev: Bəzi səlahiyyətli şəxslər karantin qaydalarını bilərəkdən pozur

“Hörmətli cənab Prezident, koronavirusla bağlı çıxışlarında hamını karantin rejiminin qaydalarına əməl etməyə çağırır”.

1news.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisinin deputatı Adil Əliyev deyib.

Onun sözlərinə görə, bu çıxışlar və tədbirlər koronavirusun yayılmasının və onun nəticələrinin qarşısını almaq, respublikada əhalinin sağlamlığına diqqətin göstəricisidi:

“Bu bəladan nə qədər tez qurtulsaq, bir o qədər yaxşıdır. Təəssüf ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminin tələblərini yerinə yetirmək istəmirlər, qaydaları qəsdən pozurlar, bu rejimin tələblərinə əməl olunmasına kölgə salırlar. Bu da öz növbəsində cəmiyyətə inamsızlıq yaradır. Vəziyyətin nəzarətdən çıxmaması üçün hamı qaydalara əməl etməlidir”, - deyə A.Əliyev vurğulayıb.

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsinin bu gün, 22 avqust tarixli qərarı ilə karantin qaydalarını pozaraq qızına toy təşkil edən – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni - sabiq millət vəkili İlham Əliyev həbs edildi. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs edildi. Bundan əlavə, toyun digər təşkilatçısı, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayev də 15 sutka inzibati qaydada həbs edildi.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

Karantində özünə ad günü edən müğənni cərimələndi

S.Xankişiyeva

 

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər