Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO

15:00 - 22 / 08 / 2020
Prezident İlham Əliyev Ramiz Mehdiyevə “dərs verdi” – VİDEO

Artıq ikinci gündür ki, sosial şəbəkələrdə Ramiz Mehdiyevin ailəsi tərəfindən Abşeron kəndlərinin birindəki bağ evində Prezident Administrasiyasının keçmiş rəhbərinin kürəkəni, sabiq deputat İlham Əliyevin qızına təşkil etdiyi dəbdəbəli toy şənliyi ətrafında söz-söhbətlər səngimək bilmir.

Sosial şəbəkədə yayılan videolara görə, əməlli-başlı toy təşkil edilib – onlarla qonaq, o cümlədən keçmiş və indiki deputatlar, ölkənin tanınmış şəxsləri və əlbətdə ki, Azərbaycan Milli Elmlər Akademiyasının hazırkı rəhbəri Ramiz Mehdiyev də iştirak edib.

Görüntülərdə hakim partiyadan olan deputat Siyavuş Novruzov, həyat yoldaşı - ombudsman Səbinə Əliyev, həmçinin Bakı Dövlət Universitetinin keçmiş rektoru və keçmiş deputat Abel Məhərrəmov, R.Mehdiyevin şərəfinə qaldırılmış badələr də sosial şəbəkə istifadəçilərinin qəzəblərinə səbəb olub.

Toyun karantinin ortasında keçirilməsi xəbəri, yüksək vəzifəli məmurlar tərəfindən mövcud qanunlara hörmət göstərilməməsi Azərbaycan vətəndaşları arasında narazılığa səbəb olub.

Lakin, Abşeron Rayon Məhkəməsinin bugünkü qərarı bir daha göstərdi ki, Azərbaycanda "seçilmişlər" yoxdur - dövlət başçısının dəfələrlə söylədiyi kimi, qanun qarşısında hər kəs bərabərdir, həmçinin prezident məmurları və tanınmış şəxsləri başqalarına nümunə olmağa çağırır.

Məhkəmənin qərarı ilə toyun təşkilatçısı - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni - sabiq millət vəkili İlham Əliyev həbs edildi.

Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən iclasda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs edildi.

Bundan əlavə, toyun digər təşkilatçısı, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayev də 15 sutka inzibati qaydada həbs edildi.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tuan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib.

Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üsten ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.

Bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib.

Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir.

Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır.

Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim  şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.

Bu reallığı hamı, həmçinin bəzi akademiklər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.

Mövzu ilə əlaqədar oxuyun:

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – FOTO – VİDEO

Karantində toyda iştirak etdiyi üçün Siyavuş Novruzova töhmət verilib

Sabiq deputatın toy edən qudası 15 sutka həbs edildi

Karantində özünə ad günü edən müğənni cərimələndi

S.Xankişiyeva

 

Paylaş:
2953

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər