Ali təhsilin maliyyələşməsi: güzəştli və güzəştsiz təhsil - “Çıxışa doğru”-da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsilin maliyyələşməsi: güzəştli və güzəştsiz təhsil - “Çıxışa doğru”-da MÜZAKİRƏ

20:46 - 21 / 09 / 2020
Ali təhsilin maliyyələşməsi: güzəştli və güzəştsiz təhsil - “Çıxışa doğru”-da MÜZAKİRƏ

Azərbaycanda universitetlərin maliyyələşməsi dövlət sifarişli yerlərə ayrılan vəsaitlər və tələbələrin ödədiyi təhsil haqqı hesabına təmin olunur.

Hazırda ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına təmin edir və bu vəsaitlərin xərc istiqamətlərini sərbəst müəyyənləşdirir.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda müəyyən sosial qruplara daxil olan tələbələrin təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur. Belə ki, sadəcə ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan, işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan tələbələr bu yardımdan yararlana bilər.

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ali təhsilin maliyyələşməsi: güzəştli və güzəştsiz təhsil” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları İqtisad elmləri doktoru, professor Zahid Məmmədov,  AzMİU -nun strateji inkişaf üzrə prorektoru, texnika elmləri doktoru Ülkər Səttarova, Təhsil eksperti Kamran Əsədov, "Gənclər üçün Təhsil Mərkəzi" İB-nin sədri Fəxrəddin Həsənzadə mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
876

Son xəbərlər

Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55
Bütün xəbərlər