Aprel döyüşlərinə həsr edilən onlayn müsabiqəyə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprel döyüşlərinə həsr edilən onlayn müsabiqəyə start verilib

14:33 - 02 / 04 / 2020
Aprel döyüşlərinə həsr edilən onlayn müsabiqəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Böyük zəfərin başlanğıcı!" mövzusunda onlayn rəsm müsabiqəsinə start verilib.

İdarədən 1news.az-a verilən məlumata görə, "Aprel döyüşləri"ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilir.

Mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, aprel döyüşlərində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə onların bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

İki mərhələdən (rayon, şəhər) ibarət müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Müsabiqənin rayon mərhələsində hər kateqoriya üzrə 2 nəfər olmaqla, ümumilikdə 6 iştirakçı, şəhər mərhələsində isə hər kateqoriya üzrə 3 nəfər olmaqla, ümumilikdə 9 iştirakçı (3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yer) qalib seçiləcək. Yekun mərhələdə hər kateqoriya üzrə fərqlənən 5 iştirakçı, ümumilikdə 15 nəfər Tərifnamə ilə təltif ediləcək.

Qeyd edək ki, rəsm işləri A3 və ya A4 formatında olmalıdır. Rəsmin aşağı tərəfində sol küncündə müəllifin adı, soyadı və atasının adı, əlaqə nömrəsi, rayon və oxuduğu təhsil müəssisəsinin və уa məşğul olduğu məktəbdənkənar müəssisənin adı yazılmalıdır. Yekunda qalib seçilmiş rəsm işlərinin orijinalının təqdim olunması tələb edilə bilər. Rəsm işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Rəsm işləri müsabiqəyə iştirakçılar (valideyn və ya qanuni nümayəndə) tərəfindən BŞTİ-nin [email protected] elektron poçt ünvanına (skan olunmuş elektron versiya) və ya (+994 55) 897-45-75 mobil nömrəsində qeydə alınmış "Whatsapp" şəbəkəsi vasitəsilə (şəkil formatında) aprelin 10-dək göndərilə bilər. Rəsm işlərinin elektron versiyasının (və ya şəklinin) aydın görünüşdə olması nəzərə alınmalıdır.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdəndir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

1news.az

Paylaş:
1827

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər